in

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nəbiağalı qəsəbə sakini Rasim Şahbazovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

What do you think?

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

GIPHY App Key not set. Please check settings

Azərbaycanda “patı”, “şüşə”nin dövriyyəsi rekord həddə çatıb

Bu il 90 milyon dollarlıq narkotik dövriyyədən çıxarılıb