Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən xəbərə görə, Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr-“tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.
Bundan başqa şöbə əməkdaşları tərəfindən gələcəkdə baş verə biləcək cinayətlərin qarşının alınması məqsədilə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. C. Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
GIPHY App Key not set. Please check settings