in

Bir uşaq anasını hərracda satmaq istədilər

İngiltərənin Surrey qraflığındakı Koulsden şəhərinin sakini, 20 yaşlı model Xloya Aylin köləlikdən azad olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2 yaşlı oğlu olan britaniyalı model İtaliyanın Milan şəhərində oğurlanıb, iyulun 11-dən 17-dək köləlikdə, girov saxlanıb.

Modeli oğurlayanlardan biri, Britaniyada yaşayan Polşa vətəndaşı Lukaş Herba həbs olunub.

“Black Death Group”un rəhbəri olan bu şəxs 20 yaşlı modeli 300 min avroya “Darknet”dəki hərracda satmaq istəyirdi.

“Lukaş Herba çox təhlükəli cinayətkardır, – Milan şəhərinin polis rəisi Lorens Bukossi deyib. – Bu şəxs “Darknet”də özünü “son qərarı verən” adam kimi təqdim edirdi. O, potensial müştərilərə muzdlu qatil, partlayışların, insan oğurluqlarının və s. təşkil edə bilən adam kimi reklam olunurdu”.

Herba oğurladığı modelin uşağı olduğunu biləndə onu azad buraxıb. “Anaları oğurlamaq qaydalarıma ziddir”, – Herba polisdə deyib.

Polisin fikrincə, “Bləck Death Group” internetdə insan alveri ilə məşğul olur.

Hloya Aylinin dediyinə görə, sosial şəbəkədə tanış olduğu Lukaş Herba ona fotoqraf olduğunu yazıb, Milana fotosessiyaya dəvət edib.

Britaniyalı model Milana yollanaraq Herbanın kirayə götürdüyü mənzilə yerləşəndən az sonra onu iki kişi qaçırıb.

Modelə güclü trankvilizator sayılan ketamin preparatı vurandan sonra onu böyük çamadana qoyublar və sonra da çamadanı minik avtomobilinin yük yerində Turinə aparıblar.

Cinayətkarlar Turinə çatanda şimal-qərbə, şəhərdən 150 km aralıdakı fermaya yollanıblar.

Burada Hloyanın biləklərinə qandal vuran canilər onu ağac dolaba salıblar.

L.Herbanın başçılıq etdiyi qrup “Darknet”də internet-hərracı təşkil edərək insan satışları ilə məşğul olurdu. Hər “lot”da satılan adam barədə məlumatlar, ilkin satış qiyməti vardı.

İki gün sonra “Bləck Death Group”un üzvlərindən biri şifrələnmiş akkaunt vasitəsilə H.Aylinin meneceri ilə əlaqə saxlayaraq modeli 300 min avronun müqabilində azad edə biləcəklərini yazıb.

Milan polisi olaydan xəbər tutanda xüsusi əməliyyata başlayıb.

Luka Herba maşınında Hloya Aylini Britaniya konsulluğunun yerləşdiyi küçəyə apararkən yolda həbs olunub.

What do you think?

85.2k Points
Upvote Downvote

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

GIPHY App Key not set. Please check settings

Polis Bakıda xüsusi əməliyyat keçirdi, 64 nəfər saxlanıldı

Dəhşətli oyun Azərbaycanda da yayıldı – “Əmr edirəm, intihar et!”